Qadın sonsuzluğu | Səbəbləri nədir? - Video



 10:11 22.02.2024     487

Əgər qadının yaşı 35-ə qədərdirsə, bu müddət 1 il götürülür, əgər 35-40 arasıdırsa, 6 ay götürülür, əgər qadının yaşı 40-dan yuxarıdırsa və reproduktiv istəyi varsa, onda dərhal həkimə cütlük müraciət eləməlidir.

Sonsuzluğa, ümumiyyətlə, bütün toplumlarda, demək olar ki, eyni tezliklə təsadüf olunur. Yəni hər 6 cütlükdən biri sonsuzluqdan əziyyət çəkir. Faiz etibarilə bu 15% təşkil edir. Sonsuzluğun səbəbləri : Məsələn, hormonal səbəblər ola bilər, hiperprolaktemiya, lüteal faz defekti və ya psixogen sonsuzluq var ki, bunu mif hesab edənlər də var. Müəyyən faiz hesab edənlər də var ki, bu da sonsuzluğa səbəb olur. Məsələn, qadın çox düşünür, beyinin qabığında dominant mərkəz yaranır ki, hansı ki, onda normal ovulyasiyanın qarşısını alır və hamiləlik alınmır.

Ginekoloq Rəşad Sultan mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Ginekoloq Rəşad Sultan "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. 

Rəna İsmayılova / Demedia.az