Körpələrdə kista | Növləri, simptomları - Video



 10:16 22.02.2024     517

Çox vaxt uşaqlarda rast gələn boyun kista və fistulları embrional törəmə qalıqlarından inkişaf edir.

Boyunda ön və yan kista və fistullar ayırd edilir. Ön kista və fistullar orta xətt üzrə,dilaltı sümük səviyyəsində və ya ondan bir qədər aşağı yerləşirlər. Bunlar embrional dövrdə olan,dil kökünü qalxanabənzər vəzin orta payı mayası ilə biləşdirən axacağın (ductus thyreoiglossus) obliterasiyasının ləngiməsi nəticəsində formalaşır. Bu obliterasiya normada embrional dövrün ikinci ayında başa çatır. Dil kökündə bu axacağın qalığı kimi kor dəlik-foramen caecum qalır.

Uşaq cərrahı Toğrul Ömərov mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Toğrul Ömərov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək daha ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az