Yaponiya Qəzzaya əlavə 32 milyon dollarlıq humanitar yardım göndərir
Yaponiya hökuməti İsrailin işğal etdiyi Qəzza zolağına əlavə 32 milyon dollarlıq humanitar yardım göndərməyi planlaşdırdığını açıqlayıb.
Demedia.az xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Kamikava Yoko Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 Xarici İşlər Nazirləri toplantısında çıxış edərkən bu barədə deyib. O Qəzza zolağındakı humanitar vəziyyətdən narahat olduğunu bildirib.
Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, humanitar yardım beynəlxalq qurumlar vasitəsilə regiona göndəriləcək.
Bahadur Seyidov