​İordaniya Qəzza zolağına tibbi yardım çatdırdığını açıqlayıb



 11:05 22.02.2024     310

​İordaniya Qəzza zolağına tibbi yardım çatdırdığını açıqlayıb. 

Demedia.az xəbər verir ki, İordaniya ordusundan verilən yazılı açıqlamada İordaniya Hərbi Hava Qüvvələrinin Qəzzaya 12-ci dəfə tibbi yardım ləvazimatları atdığı açıqlanıb. Açıqlamada yardım materiallarının paraşütlə İordaniya Field Xəstəxanasına endirildiyi və yardımın Böyük Britaniya ilə əməkdaşlıq çərçivəsində çatdırıldığı bildirilib.

Açıqlamada İordaniyanın İsrailin hücumları altında olan Qəzzada Fələstin xalqını dəstəklədiyi qeyd edilib.

​Bahadur Seyidov