ABŞ-da təyyarə bomba həyəcanına görə təcili eniş etdi



 11:52 22.02.2024     269

ABŞ-ın Nyu-Cersi ştatından Kaliforniyaya uçan sərnişin təyyarəsi tualetdə tapılan təhdid qeydinə görə Çikaqoda məcburi eniş edib.

Demedia.az xəbər verir ki, “Newark Liberty” beynəlxalq hava limanından Los-Ancelesə uçan “United Airline” şirkətinə məxsus təyyarədə bomba qorxusu yaşanıb. Polisin məlumatına görə, havaya qalxdıqdan 2 saat sonra təyyarənin tualetində “təyyarə partlayacaq” qeydi tapılıb. Bunun sonra 202 sərnişini daşıyan təyyarə Çikaqonun “O'Hare” hava limanına təcili eniş edib.Təhlükəsizlik qüvvələri sərnişinləri təxliyyə edib.

Axtarışlara baxmayaraq təyyarədə heç nə tapılmayıb.

Bahadur Seyidov