Conson müsahibə üçün 1 milyon istəyib - İDDİA



 12:09 22.02.2024     262

Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putindən müsahibə alan məşhur jurnalist Taker Karlson Boris Consonun Ukrayna ilə bağlı müsahibə vermək üçün 1 milyon dollar tələb etdiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, Taker Karlson deyib ki, Ukraynanın Rusiya işğalına qarşı müdafiəsinin qatı tərəfdarı olan Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson mövzu ilə bağlı müsahibə vermək üçün 1 milyon dollar istəyir.

Karlson Rusiya prezidenti Vladimir Putinlə mübahisəli müsahibəsindən sonra ilk dəfə danışıb və Rusiya rejimini dəstəklədiyini təkzib edib.

​Bahadur Seyidov