Təyyarədə şok anlar: Pilotun oğlu...



 21:03 23.02.2024     754

Bu günə qədər aparılan araşdırmalar göstərib ki, təyyarələr ən təhlükəsiz nəqliyyat vasitəsidir.

Demedia.az xəbər verir ki, 1uru səyahətlərində ölüm nisbəti 5 mində 1 olarkən, hava səyahətlərində bu nisbət 11 milyonda 1-dir. Bununla belə, tarix hələ də 1994-cü ildə Aeroflot 593 reysi kimi maraqlı təyyarə qəzaları ilə doludur. Bu görünməmiş təyyarə qəzasının səbəbi nə pilotlar, nə sərnişinlər, nə də təyyarənin özü idi. Məsul olan yeganə şəxs pilotun 16 yaşlı oğludur.

Təqvimlər 23 mart 1994-cü ili göstərirdi. F-OGQS nömrəli Airbus A310 tipli təyyarə Moskvadan Honq-Konqa getməli idi. Rusiyanın “Aeroflot” aviaşirkəti 593 saylı reys üçün hər şeyi ən xırda detallarına qədər hazırlayıb. Həm təyyarə, həm də uçuş heyəti öz yerində idi. Təyyarədə 63 sərnişin və 12 uçuş heyəti olmaqla ümumilikdə 75 nəfər olub. Sərnişinlər arasında birinci zabitin qızı və oğlu da olub.

Aeroflot Airbus A310 təyyarəsi 23 mart 1994-cü ildə Moskvadan Honq-Konqa gedərkən səmaya qalxanda cəmi üç ay idi ki, xidmətdə idi. Deməli, təyyarədə heç bir texniki nasazlıq ola bilməzdi, təzə idi. Nəhayət, təyyarə uğurla havaya qalxdı. Sonrakı saatlarda birinci zabit Yaroslav Vladimiroviç Kudrinskinin övladları Eldar və Yana kabinədə atalarına baş çəkmək istəyiblər. Uşaqların tələbi prosedura zidd deyildi, ona görə də hər iki pilot uşaqların pilot kabinəsinə gəlməsini təsdiqləyib.

Aysun / Demedia.az