Putin Baydenin təhqirlərinə cavab verdi



 16:48 23.02.2024     323

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Co Baydenin onu təhqir etməsinə cavab verib.

Demedia.az xəbər verir ki, Putin  bildirib ki, Baydenin onun haqqında dedikləri olduqca Kobus ifadələrdir:

“Biz istənilən ABŞ prezidenti ilə işləməyə hazırıq. Baydeni Trampdan üstün tuturam Baydenin sözləri kobuddur".

2021-ci ildə Rusiya prezidenti Putini “qatil” adlandıran ABŞ prezidenti Bayden bu dəfə Putini qeyri-adi şəkildə söyərək, Putin üçün “O, dəli adamdır” deyib.

Rusiya xarici işlər naziri Lavrov da açıqlama verib və rusiyalı dissident Navalnının həbsxanada ölümündən sonra Qərb dünyasından gələn tənqidləri “isteriya” adlandırıb. Lavrov deyib ki, Qərb dünyası Rusiyanın daxili işlərinə qarışa bilməz.

Strateji sabitlik mövzusunda ABŞ-la dialoqa açıq olduqlarını ifadə edən Lavrov, “Dürüst olmaq şərti ilə” deyib.

Bahadur Seyidov