Arvadına “Alo” dedi, boşandılar



 17:12 23.02.2024     305

Türkiyənin Samsun şəhərində cütlüklərin boşanma səbəbi gündəm olub.

Demedia.az xəbər verir ki,  birinci instansiya məhkəməsi ər-arvadın bir-birlərinə qarşı fərqli nöqsanlı davranışlarını, eləcə də tərəflərdən birinin həyat yoldaşına “Alo” deməsini nöqsan kimi qiymətləndirib və boşanma qərarı verib.

Hər iki tərəfin vəkilləri iş üzrə çıxarılan bəzi qərarlara etiraz edərək, apellyasiya şikayətinə baxılması üçün Regional Məhkəməyə müraciət ediblər. Apellyasiya şikayətləri araşdırıldıqdan sonra tərəflərin vəsatətləri təmin edilməyib və bu dəfə apelyasiya şikayəti verilib.

Apellyasiya şikayətinə baxılması nəticəsində Ali Apellyasiya Məhkəməsinin 2-ci Mülki Kollegiyası tərəflərin etirazını təmin etməyib və onun həyat yoldaşına “Alo” deməsinin nöqsanlı davranış olduğunu qərara alıb.

Artıq “Alo” sözünün boşanma səbəbi sayıla biləcəyini eşidən vətəndaşlar Ali Məhkəmənin bu qərarına təəccübləniblər.

Bahadur Seyidov