Çin və ABŞ arasında “Panda” gərginliyi aradan qalxır



 18:49 23.02.2024     300

Çin və ABŞ arasında “Panda” diplomatiyası yenidən başlayır.

Demedia.az xəbər verir ki, Çinin bu yeni addımı “Amerika ilə münasibətləri yaxşılaşdırmaq istəyi” kimi şərh edilib.

Çin ABŞ-dakı San Dieqo zooparkına bir cüt panda göndərməyə hazırlaşır.

Zoopark rəsmiləri yayın sonuna doğru bir erkək və bir dişi pandanın gəlməsini gözlədiklərini açıqlayıb.  Bildirilib ki, Çin rəsmiləri pandalar üzrə əməkdaşlığı canlandırmaq üçün can atırlar.

Çinin San Dieqo zooparkının keçmiş sakinləri olan "Bai Yun" və "Gao Gao" adlı bir cüt panda nəslini göndərməyi planlaşdırdığı öyrənilib.

Qeyd edək ki, pandalar 1972-ci ildən ABŞ və Çin arasında dostluğun simvoludur. Lakin iki ölkə arasında münasibətlər gərginləşdikdən sonra Amerika zooparklarındakı çoxlu pandalar Çinə qaytarılıb.

Bahadur Seyidov