NATO-nun yeni baş katibi kim olacaq?
Niderlandın baş naziri Mark Ruttenin oktyabrda Yens Stoltenberqi əvəz edən yeni NATO baş katib olma ehtimalı artıb.
Demedia.az xəbər verir ki, NATO Alyansın 75-ci ildönümündə keçiriləcək sammit ərəfəsində yeni baş katibi seçmək üçün təzyiq altındadır.
Qeyd edək ki, NATO-nun baş katibi üzv dövlətlər arasında konsensus yolu ilə seçilir.
Bunun üçün 31 üzv dövlətin dəstəyi və ya ən azı heç bir üzv dövlətin müxalifəti tələb olunur.
57 yaşlı Rutte noyabr ayından NATO-nun baş katibi postu uğrunda mübarizə aparır. Diplomatik mənbələrə görə, üzv ölkələrin üçdə ikisi Rutteni dəstəkləyir. ABŞ-nin dəstəyi xüsusilə vacibdir. Ənənəyə görə, ad Avropadan seçilir, lakin ABŞ bu adı dəstəkləməlidir.
Bahadur Seyidov