ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır



 18:55 23.02.2024     286

ABŞ yeni anti-Rusiya sanksiyalar paketinə çoxlu sayda məhdudiyyətlər daxil edəcək.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland deyib.

O  qeyd edib ki, yaxın bir neçə gün ərzində sanksiyalar paketi qəbul ediləcək.  Nuland bildirib ki, ABŞ-nin Rusiyaya qarşı yeni sanksiyaları “dağıdıcı” olacaq, onlar yüzlərlə tədbiri əhatə edəcək və Rusiyanın hərbi-sənaye kompleksinə təsir edəcək.

Bahadur Seyidov