Avropa Mərkəzi Bankı 20 ildən sonra ilk dəfə zərərlə üzləşib



 15:14 23.02.2024     300

Avropa Mərkəzi Bankı 2004-cü ildən bəri ilk dəfə inflyasiyaya qarşı faiz artımı səbəbindən zərərlə işləyib.

Demedia.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (AMB) 2023-cü il üçün maliyyə nəticələrini açıqlayıb.

Bildirilib ki, bank ötən il faiz artımı səbəbindən 1,3 milyard avro itirdiyi halda, ECB-nin yüksək faiz xərcləri səbəbiylə 2004-cü ildən bəri ilk dəfə zərər elan etməsi diqqət çəkib.

ECB maliyyə riskləri üçün 6,6 milyard avro ayırdığı halda, bu rəqəm gözləniləndən yüksək olmaqla 7,9 milyard avro təşkil edib və ECB Şurası qalan 1,3 milyard avronun gələcək mənfəətdən balansda “keçmiş zərərlər” kimi kompensasiya edilməsinə qərar verib.

Bankın balansının ümumi həcmi keçən il əvvəlki illə müqayisədə 24 milyard avro azalaraq 674 milyard avroya düşüb.

Bahadur Seyidov