Bayden Rusiyaya yeni sanksiyaları elan etdi



 23:09 23.02.2024     302

ABŞ Prezidenti Co Bayden rusiyalı Aleksey Navalnının həbsxanada ölümünə görə Rusiyaya qarşı 500-dən çox yeni sanksiya tətbiq etmək qərarına gəldiklərini açıqlayıb.

Demedia.az xəbər verir ki, Ağ Evin rəsmi saytında verilən açıqlamaya görə, Co Bayden Rusiya ilə Ukrayna arasında müharibənin ikinci ili ərəfəsində dərc olunan mesajında ​​Navalnının ölümü ilə əlaqədar Moskvaya qarşı yeni sanksiyaları elan edib.

Bayden, sanksiyaların Rusiyanın maliyyə və müdafiə sektorunu, eləcə də Navalnının həbsi ilə əlaqəsi olan insanları əhatə edəcəyini vurğulayıb.

Bahadur Seyidov