BMT Sudanda davam edən vətəndaş müharibəsi ilə bağlı hesabat dərc edib



 23:42 23.02.2024     280

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları İdarəsi Sudanda davam edən qarşıdurmada onlarla insanın cinsi təcavüzə və digər cinsi zorakılığa məruz qaldığını və bu hücumların müharibə cinayəti ola biləcəyini bildirib.

Demedia.az xəbər verir ki, BMT-nin İnsan Haqları Bürosu Sudanda davam edən vətəndaş müharibəsində pozuntularla bağlı hesabat dərc edib.Hesabatda yardım qrupları və insan haqları üzrə müşahidəçilər üçün əlçatmaz olan ölkədəki pozuntular sənədləşdirilib.

Hesabatda azı 118 nəfərin təcavüz də daxil olmaqla cinsi zorakılığın qurbanı olduğu və hücumların əksəriyyətinin evlərdə və küçələrdə Çevik Dəstək Qüvvələri tərəfindən həyata keçirildiyi qeyd edilib.

Bahadur Seyidov