Avropa İttifaqı dondurduğu 137 milyard avroluq vəsaiti Polşanın istifadəsinə verdi



 23:22 23.02.2024     331

Avropa İttifaqı Birlik qanunlarını pozduğu səbəbilə dondurduğu 137 milyard avroluq vəsaiti Polşanın istifadəsinə verəcəyini elan edib.

Demedia.az xəbər verir ki, Avropa Birliyi Komissiyasının sədri Ursula fon der Leyen və Avropa İttifaqının sədrliyi Belçikanın baş naziri Alexander de Croo Polşanın paytaxtı Varşavada baş nazir Donald Tusk ilə görüşüb. İclasdan sonra mətbuata açıqlama verən fon der Leyen, gələn həftə AB Komissiyası üzvlərinin toplantısında Polşa ilə bağlı dondurulmuş 137 milyard avronun sərbəst qalacağını açıqlanacağını bildirib.

Von der Leyen Tusk hökumətinin Polşada qanunun aliliyini bərpa etmək öhdəliyindən məmnunluğunu ifadə edib.

Bahadur Seyidov