İspaniyada Fələstini dəstəkləmək üçün yürüş keçirilib



 09:05 26.02.2024     274

Yüz minlərlə insan İspaniyada İsraillə silah ticarətini qadağan etmək və Fələstini dəstəkləmək üçün yürüş keçirib.

Demedia.az xəbər verir ki, qeyri-hökumət təşkilatları və bəzi siyasi partiyaların çağırışı ilə İspaniyanın 100-dən çox şəhər və rayonunda "Fələstində soyqırımı dayandıraq. İsraillə əlaqələrə və silah ticarətinə son qoyulsun" şüarı ilə nümayişlər keçirilib.

Paytaxt Madriddə keçirilən yürüşdə "İsraili boykot edin", "Qatil Netanyahu", "Soyqırımı dayandırın", "Fələstini azad edin" kimi şüarlar səsləndirilib və beynəlxalq ictimaiyyətə Fələstinin azad edilməsi çağırışı edilib. Nümayişçilər atəşkəs üçün İsrailə təzyiq edilməsini tələb edib.

Bahadur Seyidov