ABŞ və Böyük Britaniya Yəmənə hava zərbəsi endirib



 10:23 26.02.2024     277

ABŞ və Böyük Britaniya Səna daxil olmaqla 3 şəhərə ümumilikdə 22 hava zərbəsi endirib.

Demedia.az xəbər verir ki, Husilərin SABA xəbər agentliyinin məlumatına görə, ölkənin cənub-qərbindəki Taiz şəhərindəki rabitə xətləri 3 dəfə hədəfə alınıb. Husilərin nəzarəti altında olan Səna şəhəri və çölü 17 dəfə ABŞ və Böyük Britaniyanın hava hücumlarına məruz qalıb. Şimal-qərbdəki Həccah şəhərindəki fermalara da iki hava zərbəsi endirilib. Hücumlar nəticəsində insan tələfatı və ya dağıntılar barədə məlumat verilməyib.

ABŞ və Böyük Britaniya hələlik sözügedən hücumlarla bağlı açıqlama verməyib.

Bahadur Seyidov