Vəzifədə olsaydım müharibə olmazdı - Tramp



 10:45 26.02.2024     309

Mən vəzifədə olsaydım, nə İsrailə hücum, nə də Ukraynada müharibə olardı.

Demedia.az xəbər verir ki, ABŞ-ın keçmiş Prezidenti Donald Tramp belə deyib. Tramp Merilend ştatında ABŞ-ın Mühafizəkarlar İttifaqının ənənəvi Mühafizəkar Siyasi Fəaliyyət Konfransında çıxış edib. 4 il əvvəl Co Baydenin seçiləcəyi təqdirdə ölkə sərhədlərinin yox olacağı, orta təbəqənin böyük bir hissəsinin məhv olacağı və şiddətli cinayətlərin artacağı ilə bağlı xəbərdarlıq etdiyini qeyd edən Tramp, haqlı çıxdığını ifadə edib.  Tramp iddia edib ki, Bayden yenidən seçkilərdə qalib gəlsə, hər şey daha da pisləşəcək.

Tramp Baydenin yenidən seçiləcəyi təqdirdə mühacirlərin sayının 50 milyonu keçəcəyini, səhiyyə, sosial təminat və təhsil sisteminin çökəcəyini, quldur dəstələrinin ABŞ ərazisinə soxulacağını qeyd edib.

Bahadur Seyidov