Bayden xoşbəxt evliliyin sirrini açıqlayıb



 11:43 26.02.2024     299

ABŞ prezidenti Co Bayden ətrafındakı gənclərə etdiyi çıxışda xoşbəxt evliliyin sirrini açıqlayıb.

Demedia.az xəbər verir ki, Bayden xoşbəxt evliliyin yaxşı cinsi əlaqə həyatından asılı olduğunu söyləyib.

ABŞ-nin aparıcı nəşrlərindən biri olan "New York Times"ın uzun müddət Ağ Ev müxbiri olmuş və prezident ailələrini izləyən Keti Rocers "Amerikalı qadın: Müasir birinci xanımın Hillari Klintondan Cil Baydenə çevrilməsi" kitabında bu barədə  məlumat  verib.  

Kitaba görə, Bayden işçilərinə zarafatla deyir ki, 47 illik evliliyin sirri yaxşı cinsi əlaqədir.

Onun bu sözləri ölkəni çaşdırıb. Buna reaksiya verənlər də, dəstək verənlər də olub.

Bahadur Seyidov