Tezliklə “WhatsApp”a yeni funksiya gəlir



 12:15 26.02.2024     287

Tezliklə “WhatsApp”a iş hesabından və şəxsi hesabından müxtəlif telefonlarda istifadə etmək məcburiyyətində qalan istifadəçiləri azad edəcək funksiya gələcək.

Demedia.az xəbər verir  ki, bu xüsusiyyət sayəsində istifadəçilər eyni telefondan 2 fərqli WhatsApp hesabına daxil ola biləcəklər.

Bu funksiya yalnız 2 fərqli telefon nömrəsi olduqda işlədiyi üçün əvvəlcə ikinci hesab yaradılmalıdır.

İki hesab arasında keçid etmək üçün parameter bölməsində xüsusi  hissə  yaradılacaq.

Bahadur Seyidov