Zelenski: Cəbhədə təzyiq güclüdür



 14:12 26.02.2024     474

Ukayna Prezidenti VolodimirZelenski cəbhədə Rusiyanın təzyiqinin güclü olduğunu  bildirib.

Demedia.az “Sky News”a istinadən xəbər verir ki,  bu  barədə president kanalın efirində  deyib.

Qeyd edilib ki,  juurnalist Zelenskidən Ukraynanın Qərb təchizatı çatışmazlığı fonunda "ərazilərini itirib-itirməyəcəyini" soruşub.

Ukrayna prezidenti deyib ki, cəbhədə təzyiq çox güclüdür:

 "100 metr, 50 metr itirəcəyik. Bu, bizim üçün vacibdir, lakin strateji baxımdan insanları itirməmək daha vacibdir".

 Zelenski əlavə edib ki,  Ukrayna hazırda Rusiya Federasiyasının xeyrinə “1-dən 6-ya” nisbətində silahlara malikdir:

“Bizə ən azı 1-3 lazımdır, o zaman Ukrayna Silahlı Qüvvələri yenidən hücuma keçə biləcək”, - deyə Zelenski vurğulayıb.

Bahadur Seyidov