Tablonun sirri açıldı, dəyəri artdı



 14:52 26.02.2024     771

"Kralların pərəstişi"  tablosunun dəyəri 14 min dollardan təxminən 14 milyon  dollara yüksəlib.

Demedia.az  xəbər verir ki, iki il əvvəl dəyəri 14.000 dollar olan 17-ci əsr rəsm əsəri kolleksiyaçılar təəccüblü bir sirri  açıldıqdan sonra dəyəri artıb.

Belə ki, 2021-ci ildə Kristis tərəfindən Rembrandtın çevrələrindən birinə aid edilib və satışa çıxarıldığı zaman qiymətinin 10 min 600 ilə 15 min 900 dollar arasında olduğu təxmin edilib.

Lakin İngiltərədəki kolleksiyaçı Sothebisin ötən ilin dekabrında keçirilən hərracda əsərin əsl Rembrandt olduğunu müəyyən edib və son satışdan cəmi iki il sonra qiymət 13,8 milyon dollara yüksəlib.

Bahadur Seyidov