Gecə yatarkən boğulma, təngənəfəslik... - Ürəkdə problem olduğunu göstərən vacib əlamətlər - Video



 10:12 26.02.2024     518

Aritmiya nədir? Aritmiya – ürək yığılmalarının sayının, ritminin və ardıcıllığının pozulmasıdır.

Bu, patologiyanın ümumi adıdır, ürəyin normal ritmindən başqa bütün dəyişiklikləri ifadə edir. Aritmiyanın növləri çoxdur, bunların bəziləri həyat üçün təhlükəlidir. Aritmiya həm gənc, həm yetkin yaşda, hətta uşaqlarda da rast gəlinir. Aritmiyalar əsasən 3 böyük qrupa ayrılır: impulsun əmələ gəlməsinin pozulması; impulsun ötürülməsinin pozulması; kombinəolunmuş ritm pozğunluqları. Bəzi aritmiyalar həyat üçün təhlükəlidir, bəziləri ciddi ağırlaşmalarla nəticələnə bilər, bəziləri isə klinik əhəmiyyət daşımır.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az