Bu göz məşqini 20 saniyə edin - Göz yorğunluğu yoxa çıxacaq! - Video



 10:46 26.02.2024     540

Gözlərinizdə ağrı, sulanma, qaşınma, bulanıq və ya ikigörmə, yaxud da baş ağrısı hiss edirsiniz? Bunların hamısı göz yorğunluğunun əlamətləridir.

 

Gündəlik vərdişlər dəyişəndə göz yorğunluğu öz-özünə sağala bilir. Əgər dəyişikliklərə baxmayaraq, problem hələ də davam edirsə, göz yorğunluğunun altında yatan ciddi səbəbləri araşdırmaq lazımdır. Əmin olun ki, həmin səbəblər müalicə yolu ilə aradan qalxsa, göz yorğunluğu azalar. Tibbi adı “asteponiya” olan göz yorğunluğu uzunmüddətli konsentrasiya tələb edən işlər nəticəsində yaranır. Məsələn: Ara vermədən kitab oxumaq; Uzun məsafədə avtomobil idarə etmək; Kompüter, telefon, digər digital cihazlara çox baxmaq; Parlaq işığa məruz qalmaq; Uzunmüddətli konsentrasiya tələb edən işlər; Gözlərdə işığın qırılması və göz əzələlərində hər hansı problemin olması; Stress və yorğunluq; Yanlış eynək seçimi; Quru gözlər;

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az