Diş çəkildikdən sonra yaraya qulluq - Bunları mütləq edin! - Video



 15:55 26.02.2024     612

Müasir stomatologiyada dişlərin çəkilməsi yalnız istisna hallarda tətbiq edilir. Stomatoloqlar deyir ki, ən yaxşı və bahalı süni diş heç zaman təbii dişin yerini verə bilməz.

Lakin bəzən dişi saxlamaq mümkün olmur və həkim xəstənin dişini çəkmək məcbur olur. Dişin çəkilməsi kiçik cərrahiyyə əməliyyatıdır - ağrısazlaşdırma tətbiq edilir, bəzən diş yuvasına tikişlər qoyulur, ağrısızlaşdıran və antibakterial preparatlar ("antibiotik"lər) təyin edilir və s. Bu səbəbdən dişi çəkilən insan müəyyən qaydalara əməl etməlidir ki, qanaxma, iltihab kimi fəsadlar inkişaf etməsin. Diş çəkiləndən sonra 3 saat ərzində qida və maye qəbul etmək olmaz. Fiziki gərginliklər (xüsusilə əyilmək, ağır əşyaları qaldırmaq və s.), isti vanna, sauna əks-göstərişdir. Bu dişdən qanaxmaya səbəb ola bilər. Diş çəkiləndən sonra qarqara etmək olmaz.

Üz-Çənə Cərrahı Dr. Rafiq Ibrahimov mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Üz-Çənə Cərrahı Dr. Rafiq Ibrahimov  "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az