Həyətindəki heyvanları dron ilə qovdu - İNANILMAZ GÖRÜNTÜLƏR



 22:05 26.02.2024     734

Vətəndaş torpağına girən inəyi dronla təqib edib.

Demedia.az xəbər verir ki, Həmin anlar pilotsuz təyyarənin kamerasına saniyə saniyə əks olunub.

Kocaelinin İzmit mahalının Gökçeören Məhəlləsində inəyinin torpağa girdiyini görən vətəndaş evdən çıxmaq əvəzinə başqa çarə tapıb.

Vətəndaş pilotsuz aparatı inəyin olduğu yerə doğru uçuraraq heyvanın diqqətini çəkib. Pilotsuz aparatı görən inək qorxaraq dərhal tarladan qaçıb. Həmin anlar dronun kamerasına əks olunub.

Səhər yuxudan duranda inəyi öz torpağında gördüyünü izah edən Resul Karaaslan deyib: "Daha əvvəl də bir neçə dəfə heyvanı qovmuşdum. İnək getməyəndə ağlıma onu qovmaq fikri gəldi. Mən artıq dron çəkilişləri üzərində işləyirəm. Dronu havaya göndərib inəyin olduğu yerə göndərdim və uğur qazandım".

Aysun / Demedia.az