Hər kəs ondan danışır: Avtomobilinə görün nə etdi



 23:09 26.02.2024     912

Antalyanın Alanya rayonunda qəzaya uğradığı avtomobili cəzalandırmaq istəyən şəxs ağlasığmaz üsul seçib.

Demedia.az xəbər verir ki, Mehmet Aydın davamlı olaraq qəzalara düşdüyü üçün belə bir üsula əl atdığını bildirib.

Alanyanın Sugözü Məhəlləsi Kütürüpdə yaşayan 47 yaşlı Mehmet Aydın ötən gün avtomobili ilə qəza törədib. Daha sonra Aydın dörd gün maşınını evinin qarşısında gözlədib. Daha sonra Ayan kranın köməyi ilə avtomobilini ikimərtəbəli fərdi yaşayış evinin damından kəndirlə binanın kənarında asıb. Təxminən bir ton ağırlığında olan 32 yaşlı avtomobilin divardan asıldığını görənlər çox təəccüblənib. Evin divarında dayanan maşının görüntüləri məhəllə sakinlərini şoka salıb. Hər kəsi təəccübləndirəcək şəkildə dayanan avtomobilinin qəzaya qarışmadığını iddia edən Aydın, avtomobilinin digər avtomobillərə və divarlara çırpıldığı üçün onu kəndirlə bağlamaq kimi cəza verdiyini bildirib.

Maşında nəyəsə ehtiyacı olanda pilləkənlərdən istifadə etdiyini bildirən Aydın, maşının heç kimə zərər vermədiyini bildirib.

Aysun / Demedia.az