Taksi sürücüsü ilə sərnişin arasında gərginlik - VİDEO



 23:48 26.02.2024     653

Türkiyədə taksi sürücüsü ilə sərnişin arasında gərginlik yaşanıb.

Demedia.az xəbər verir ki, Beşiktaşdan götürdüyü iki nəfəri Şişliyə aparmaq üçün 250 lirə istəyən və israrlara baxmayaraq taksimetri yandırmaq istəməyən taksi sürücüsü müştəriləri nəqliyyat vasitəsindən buraxıb. Müştərilərlə taksi sürücüsü arasındakı dialoq mobil telefon kamerası ilə lentə alınıb.
 
Hadisə ötən gecə Beşiktaşda baş verib. Görməli yerləri gəzmək üçün İstanbula gələn qadın rəfiqəsi ilə Kuruçeşmədən 34 THD 15 dövlət nömrə nişanlı taksiyə minərək Şişliyə getmək istəyib. Taksi sürücüsünün taksimetri yandırmadığını görən qadın “Niyə taksimetri yandırmırsan?” deyə soruşub. O, taksi sürücüsünə sözləri ilə reaksiya verib. Taksi sürücüsü “180 lirə deyir, mən səndən 300-350 yox, 250 lirə istəyirəm” deyə cavab verib. Taksimetrin yandırılmasını israrla istəyən müştəri bu dəfə soruşur: “Bu taksometr boşuna qoyulub?”. O, taksi sürücüsünü danlayıb. Daha sonra taksi sürücüsü "Getməyəcəyəm, 250 lirə istəyirəm. Mən sizi zorla aparmıram. Başqa taksi götürün" deyərək müştəriləri maşından düşürüb. Hadisəni mobil telefonuna lentə alan müştəri həmin görüntüləri sosial şəbəkə hesabında “Taksi sürücüsü qalmaqalı” başlığı ilə paylaşıb.

Aysun / Demedia.az