Sürücü “tormoz”u basmayı unutdu, qatar sürücüsüz hərəkət etdi



 09:18 27.02.2024     312

Hindistanda maşinistinin əyləcini çəkməyi unudan maşinistin sürdüyü qatar kilometrlərlə hərəkət edib.

Demedia.az xəbər verir ki, bu barədə “The Indian Express” məlumat yayıb.

Belə ki, Hindistanın Cammu və Kəşmir bölgəsindəki Kathua qatar stansiyasında maşinistinin əl əyləcini çəkməyi unudan yük qatarı Pəncab əyalətinə doğru təxminən 80 kilometr qət edib. Pəncaba doğru yola düşmək üçün Kathuadakı Dəmiryol Vağzalında gözləyən yük qatarı sürücüsüz hərəkət etməyə başlayıb.

Ucchi Bassi Stansiyasının rəsmiləri maşinistsiz təxminən 80 kilometr yol qət edən qatarı relslərə yerləşdirdikləri taxta maneələrlə sürətini azaltmaqla dayandırıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Bahadur Seyidov