Braziliyada İsrail bayrağı qaldırıldı



 09:45 27.02.2024     296

Braziliya prezidenti Luiz İnasio Lula da Silva İsrailin Qəzzaya hücumları ilə bağlı “soyqırım” ifadəsini işlədib keçmiş prezident Bolsonaro San-Pauluda keçirdiyi mitinqdə İsrail bayrağını açıb.

Demedia.az xəbər verir ki, Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun minlərlə tərəfdarı San-Pauluda küçələrə çıxaraq nümayiş təşkil edib. Mitinqə sabiq prezidentin tərəfdarlarının Braziliya bayrağı ilə yanaşı İsrail bayraqları ilə də qatılması diqqət çəkib.

Bolsonaro təxminən 20 dəqiqə burada toplaşan kütlə qarşısında çıxış edib və analitiklərin fikrincə, onun “siyasi güc nümayişi”ni ehtiva edən çıxışı əsasən özünü müdafiə etməklə keçib.

Qeyd edək ki, Braziliya prezidenti Lula da Silva İsrailin Qəzzaya hücumunu "soyqırımı" kimi qiymətləndirib və bunu  Adolf Hitlerin hərəkətləri ilə müqayisə edib. İsrail Braziliya Prezidentini "persona non-qrata" elan edib. Braziliya  İsrail səfirini ölkədən çıxarıb və Tel-Əvivdəki səfirini bu ölkədən geri çağırıb.

Bahadur Seyidov