Zelenski: “Barış formulu istəmirik”



 10:52 27.02.2024     292

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna müharibəsini bitirmək üçün ölkəsinə hər hansı bir danışıqlar formatı və ya sülh formulunun tətbiq edilməsini istəmədiklərini bildirib.

Demedia.az xəbər verir ki, bu barədə o, Kiyevdə keçirilən "Ukrayna. İl 2024" forumunda keçirilən mətbuat konfransında danışıb.

Zelenski bildirib ki, qeyd edilən məsələlərlə bağlı təşəbbüslərin yalnız Ukraynadan gəlməsi çox vacibdir.

“Biz istəmirik ki, heç bir danışıqlar formatı, heç bir sülh formulumuz bizə tətbiq edilsin. Təşəbbüsün yalnız Ukraynadan gəlməsi çox vacibdir”.

Bahadur Seyidov