Çindən SƏRT reaksiya – Sanksiyaya etiraz etdilər



 10:45 27.02.2024     294

Çin ABŞ-nin Çin şirkətlərini Rusiya sanksiyalarına daxil etməsinə reaksiya verib.

ABŞ-nin Ukrayna müharibəsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində 17 Çin şirkətinin də yer almasına Çin reaksiya verib.

Demedia.az xəbər verir ki, Çin Ticarət Nazirliyindən verilən açıqlamada Vaşinqtonun sərhədlər üzərindəki yurisdiksiyasından birtərəfli sanksiyalarla istifadə etdiyi və qərarın "iqtisadi zorakılığın tipik bir nümunəsi" olduğunu müdafiə etdiyi ifadə edilib.

Açıqlamaya görə, Çin ölkə şirkətlərinin qanuni hüquq və maraqlarını qorumaq üçün lazımi tədbirlər görəcək.

Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Pekində keçirdiyi mətbuat konfransında Çinin Ukrayna böhranında obyektiv və qərəzsiz mövqe tutduğunu, sülh danışıqlarını təşviq etməyə və siyasi həll üçün konstruktiv rol oynamağa çalışdığını bildirib.

Çin və Rusiya arasında normal ticarət və iqtisadi əməkdaşlığın nə üçüncü tərəfləri hədəf alacağını, nə də üçüncü şəxslərin müdaxiləsinə məruz qalmayacağını vurğulayan sözçüsü Mao, bu səbəbdən Çin şirkətlərinə qarşı qeyri-qanuni sanksiyaların tətbiqinə qarşı olduqlarını qeyd edib.

Qeyd edək ki, fevralın 23-də, Rusiya-Ukrayna müharibəsinin başlamasının ikinci ildönümü ərəfəsində ABŞ 9 Çin şirkətini sanksiya siyahısına daxil edib.

Bahadur Seyidov