Hizbullah İsrailin hərbi bazasına hücum etdi



 11:43 27.02.2024     295

​Hizbullah Livanın cənubundan İsrailin hərbi bazasına çoxlu raketlər atıb. 

Demedia.az xəbər verir ki, Livandakı hizbullah hərəkatı məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada, Çermek dağının zirvəsində yerləşən Meron Hərbi hava nəzarət bazasına çoxlu raketlərin atıldığı bildirilib. Qeyd edilib ki, hava bazası İsrailin Livanın Baalbek şəhəri yaxınlığındakı hizbullah hədəflərinə hücuma cavab olaraq hədəfə alınıb. 

Qeyd edək ki, İsrail aviasiyası Livan-İsrail sərhədindən təxminən 120 kilometr aralıda yerləşən Baalbek şəhərində hizbullahın 2 hədəfini vurub və hücumda 2 üzvü həlak olub.

Bahadur Seyidov