İsrail atəşkəsə razılıq verib - Bayden



 11:24 27.02.2024     262

ABŞ Prezidenti Co Bayden NBC telekanalına müsahibəsində İsrailin Qəzzaya hücumlarından danışıb.

Demedia.az xəbər verir ki, Bayden bildirib ki, İsrail girovları azad etmək şərti ilə Ramazan ayı ərzində Qəzzaya hücumunu dayandırmağa razılaşıb. Bayden atəşkəs məsələsinin çətinliklərlə irəlilədiyini və girov məsələsi ilə bağlı səylərin davam etdiyini bildirib. ABŞ prezidenti bəyan edib ki, müvəqqəti atəşkəslə iki dövlətli həll üçün daha yaxşı dinamika əldə olunacaq.

O, Qəzzada atəşkəsin yaxın olduğunu, lakin hələ ki, yekunlaşmadığını bildirib.

Bahadur Seyidov