Borrell İsrailin siyasətini tənqid etdi



 11:28 27.02.2024     290

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, İsrail öz siyasətləri ilə HƏMAS-ın yaranmasına və inkişafına şərait yaradıb.

Demedia.az xəbər verir ki, Borrell İspaniyanın paytaxtı Madriddə “Next Educacion” universitetində qatıldığı forumdakı çıxışında İsrailə qarşı tənqidlərini davam etdirib.

“Mən demirəm ki, İsrail çeklər göndərməklə HƏMAS-ı maliyyələşdirir, lakin HƏMAS-ın inkişafına şərait yaradıb” deyən Borrell, “HƏMASI quran və maliyyələşdirən İsraildir” iddiasını təkrarlayıb.

Bahadur Seyidov