Baydenə etiraz edən 50 nümayişçi saxlanıldı



 11:48 27.02.2024     286

ABŞ Prezidenti Co Baydenin Nyu-Yorka səfərindən əvvəl ona etiraz edən təxminən 50 Fələstin tərəfdarı saxlanılıb.

Demedia.az xəbər verir ki, yüzlərlə etirazçı Manhettendə Rokfeller Plaza binasında NBC telekanalının foyesinə basqın edərək, Baydenin amerikalı komediyaçı Set Meyersin proqramında iştirakına mane olmağa çalışıb. NBC-nin binasının foyesində oturaq etiraz aksiyası keçirən, əksəriyyəti yəhudi əsilli Fələstin tərəfdarları, Qəzzada soyqırımda ittiham olunan İsraili atəşkəsə çağırıblar.

Onlar həmçinin Baydendən ABŞ-ın İsrailə dəstəyini dayandırmağa çağırıblar.

Bahadur Seyidov