"Qalatasaray" "Antalyaspor"u məğlub edərək liderliyini qoruyub



 00:30 27.02.2024     212

Superliqanın 27-ci həftəsində "Antalyaspor"u 2:1 hesabı ilə məğlub edən "Qalatasaray" həftəni lider kimi başa vurub.

Demedia.az xəbər verir ki, Sarı-qırmızılılar matçı 12-ci və 45+2-ci tamamlayıb.

Ara transfer dövründə "Fulhem"dən icarə əsasında "Qalatasaray"ın heyətinə qatılan Karlos Vinisius matça ilk 11-də başlayıb. Vinisius mövqedən sonra hakimi söyərək reaksiya verib. Həmin anlar sosial şəbəkədə çox danışıldı.O cəzalanacaqmı? Vinisiusun cəzalandırılıb-çəkilməməsi maraq doğursa da, o, Futbol İntizam Təlimatının 75-ci maddəsinə əsasən cəzalandırılmaya bilər. Həmin maddədə deyilir: "Şifahi intizam pozuntularında rəsmi yayımçının görüntüləri tamaşaçılar tərəfindən pozuntu kimi qəbul ediləcək sözlərə sübut kimi qəbul edilə bilər. VAR sisteminin tətbiq olunduğu yarışlarda bu maddənin müddəası tətbiq edilmir". Əgər bu hərəkət hesabatlara daxil edilmirsə, Vinisius PFDK-ya göndərilməyəcək.

Aysun  /Demedia.az