Bu ölkədə Putinə səs verməyəcəklər



 09:46 28.02.2024     250

Gürcüstanda Rusiya prezident seçkiləri üçün səsvermə məntəqələri açılmayacaq.

Demedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki,  buna səbəb iki ölkə arasında diplomatik əlaqələrin olmamasıdır.

 Həmçinin  bildirilib ki, Gürcüstanda yaşayan Rusiya Federasiyasının vətəndaşları yalnız martın 17-də Ermənistan və Türkiyədəki seçki məntəqələrində səs verə biləcəklər.

Qeyd edək ki, martin 17-də Rusiyada president seçkiləri keçiriləcək.

Bahadur Seyidov