Qızdırma yayılan xəstəlik – Yoluxanların sayı artır
Peruda son həftələrdə artan dang qızdırması hallarına görə fövqəladə vəziyyət elan edilib.
Demedia.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildrilib ki, bu xəstəliyə yoluxanların sayı ötən illə müqayisədə 2 dəfə artıb.
2024-cü ildən bu yana danq qızdırmasından ölənlıərin sayı 34 nəfərə çatıb.
Qeyd edə ki, tropik və subtropik bölgələrdə baş verən Denge qızdırması insanlara ağcaqanadlar vasitəsilə keçir. İnkubasiya dövründən sonra ümumiyyətlə yüngül qızdırmaya səbəb olan xəstəlik bəzi hallarda ölümlə nəticələnə bilər.
Bahadur Seyidov