HƏMAS Avropa liderlərinin Rəfah şəhərinə hücuma qarşı çıxmasından məmnun olduğunu açıqlayıb



 12:45 28.02.2024     274

HƏMAS Avropa ölkələrinin liderlərinin İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərinə mümkün quru hücumuna qarşı çıxmasından məmnun olduğunu açıqlayıb.

Demedia.az xəbər verir ki, HƏMAS-ın verdiyi açıqlamada başda Almaniya kansleri Olaf Şolz olmaqla Avropa liderlərinin Rəfaha hücumu rədd etdiyi və bu açıqlamaların məmnunluqla qarşılandığı vurğulanıb. Açıqlamada, bu hökumətlərin İsrailə silah tədarükünü davam etdirdiyi bir vaxtda liderlərin bəyanatlarının 1,5 milyon fələstinlinin sığındığı Rəfah şəhərinə hücumun qarşısını almaq məsuliyyətini ortadan qaldırmadığına diqqət çəkilib.

Bahadur Seyidov