NATO sualtı qayıqlara qarşı təlim keçirir



 12:18 28.02.2024     265

NATO sualtı qayıqlara qarşı mübarizədə müttəfiq ölkələr arasında əməkdaşlığı yaxşılaşdırmaq və təlim səviyyəsini yüksəltmək məqsədilə təlim keçirir.

Demedia.az xəbər verir ki, NATO Müttəfiq Dəniz Komandanlığının (MARCOM) təşkil etdiyi və İtaliya Hərbi Dəniz Qüvvələrinin ev sahibliyi etdiyi "Dinamik Manta 2024 (DYMA 24)" adlı təlimdə Türkiyə, Kanada, Fransa, Almaniya, Yunanıstan, İtaliya, İspaniya, Böyük Britaniya və ABŞ iştirak edir.

İtaliyanın Siciliya adasındakı Kataniya limanından müttəfiq gəmi və sualtı qayıqların yola düşməsi ilə başlayan təlimə dəniz patrul təyyarələri də dəstək verir.

Bahadur Seyidov