ABŞ-dan Fələstin hökumətinin istefasına reaksiya



 13:18 28.02.2024     293

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller, Fələstin administrasiyasındakı yenilənmə prosesini məmuniyyətlə qarşıladıqlarını ifadə edib.

Demedia.az xəbər verir ki, o bildirib ki, bu addım Qəzza və İordan çayının qərb sahilinin Fələstin rəhbərliyi altında yenidən birləşməsini təmin etmək üçün vacibdir. Miller, Fələstinin baş naziri Məhəmməd Ştiyyenin istefasını prezident Mahmud Abbasa təqdim etməsindən sonra yeni hökumət üçün işlərə başlanılan Fələstindəki siyasi vəziyyəti yaxından izlədiklərini və ABŞ olaraq islahat səylərini dəstəklədiklərini ifadə edib.

Bahadur Seyidov