Hizbullahın komandanı həlak oldu



 14:15 28.02.2024     276

İsrail Livanın cənubunda həyata keçirdiyi hava hücumunda Hizbullahın yüksək rütbəli komandirlərindən Həsən Hüseyn Səlamini öldürdüyünü açıqlayıb.

Demedia.az xəbər verir ki, İsrail ordusunun açıqlamasına görə, Salami Hizbullahın tərkibindəki Nasir İttifaqına və İsrailə qarşı tank əleyhinə raketlərin buraxılmasına cavabdeh şəxs olub. Təhlükəsizlik mənbələri qeyd edib ki, Salami Hizbullahın hərbi qanadında briqada komandiri rütbəsinə malikdir.

Həmçinin Hizbullah yazılı açıqlamasında Səlaminin Livanın cənubundakı Məcadil qəsəbəsinə edilən hücumda öldürüldüyünü qeyd edib.

Bahadur Seyidov