Okan Buruk tənqid edildi



 14:30 28.02.2024     367

"Qalatasaray"ın mövsümün əvvəlində heyətinə qatdığı Fil Dişi Sahilinin futbolçusu Vilfrid Zaha son vaxtlar oyuna vaxt ayırmaqda çətinlik çəkir.

Demedia.az xəbər verir ki, ehtiyat oyunçular skamyasında başladığı və sonradan daxil olduğu matçlarda gözlənildiyi kimi çıxış edə bilməyən Zaha baş məşqçi Okan Buruk tərəfindən tənqid olunub.

Antalyaspor matçından sonra açıqlama verən Buruk Zaha ilə bağlı bunları deyib: "Zahadan böyük gözləntilərimiz var. İstəyir. da oynamaq. Mən onu başa düşürəm. İlk 11-də başlayanda daha yaxşı olacağını düşünür. Sonradan əvəzləndiyi matçlarda gözləntilərimizi doğrultmadı. Özünü daha yaxşı hiss etdiyini deyir, amma yarış var. Yarışacaq, formanı almaq üçün bundan da yaxşısını edəcək. Daha yaxşı olanda formanı alacaq".

Burukun sözlərindən sonra Zaha belə deyib: "Bu hörmətsizliyə gülməkdən özümü saxlaya bilmirəm. Amma mənim döyüşümdə Allah mübarizə aparır, mən yox".

Bahadur Seyidov