Dondurma yeyərkən Bayden elə qərar verdi ki...



 14:45 28.02.2024     255

İsrailin hücumları nəticəsində Qəzzada on minlərlə insan həyatını itirərkən, ABŞ prezidenti Co Baydenin dondurma dükanında etdiyi "atəşkəs" razılaşmasına reaksiyalar var.

Demedia.az xəbər verir ki,  New York səfəri əsnasında dondurma dükanında gündəmə gələn Qəzzada atəşkəsin nə vaxt əldə edilə biləcəyi ilə bağlı sualı dondurmasını yalayaraq cavablandırdı.

Bayden deyib: "Ümid edirəm ki, bu həftənin sonuna qədər. Milli təhlükəsizlik müşavirim dedi ki, biz çox yaxınıq, lakin biz bunu hələ tamamlamamışıq. Ümid edirəm ki, (Qəzzada) gələn bazar ertəsi günü atəşkəs əldə olunacaq".

Baydenin rəftarı ilə bağlı edilən şərhlər m2üxtəlif olub: "Nə kobud hərəkətdir, orda adamlar ölür, uşaqlar ölür. Müharibə gedir! Aydındır ki, dondurma yeməyə gəlib, açıqlama verməyə yox! “Dondurmanı mikrofon sanırdı”, “Allah lənət eləsin” “Əminəm ki, mikrofondur, amma bunu sübut edə bilmirəm”, “Ümid edirəm ki, bu, onun sonuncu dondurmasıdır”.

Aysun / Demedia..az