Məşhur aktyorun evdində axtarış: Elə şeylər tapıldı ki...



 19:29 28.02.2024     739

Fransa kinosunun ulduzu "Kiralıq Qatil", "Leopard", "Batan Günəş" kimi filmlərdə rol alan Alen Delonun evindən onlarla silah və minlərlə güllə tapılıb.

Demedia.az xəbər verir ki, 1960-cı illərdə iz qoymuş fransız aktyor, müğənni, prodüser və iş adamı Alain Fabien Maurice Marsel Delonun Parisdən təxminən 135 km cənubda yerləşən Duşi-Monkorbondakı evindən 72 odlu silah və 3 mindən çox güllə ələ keçirilib. Mülkiyyətdə atış tiri də tapılıb.

BBC xəbərlərinə görə; 'Samuray' və 'Borsalino' kimi hit filmlərdə canlandırdığı 'qanqster' obrazları ilə tanınan 88 yaşlı aktyorun evində silah saxlamaq üçün heç bir vəsiqəsinin olmadığı da bildirilib.

Fransız polisinin məşhur adın evində apardığı axtarış məhkəmənin göndərdiyi məmurun Delonun evində silah olduğunu görüb hakimə xəbərdarlıq etməsindən sonra baş tutub.

Fransa mətbuatına görə; Ulduzun səhhəti son illər pis olub. 2019-cu ildə insult keçirən aktyorun adı açıqlanmayan daha bir ağır vəziyyətdən əziyyət çəkir.

Alen Delonun səhhəti getdikcə pisləşən üç övladı arasında miras davası da tez-tez gündəmə gətirilir. Aktyorun övladları bir-birinə qarşı məhkəmə çəkişmələri aparır, təhqirlər, ittihamlar və mətbuatda gizli çəkilişlər gedir.

Delonun aktyor kimi ictimaiyyətə sonuncu çıxışı 2019-cu ildə Kann Film Festivalında olub. Ustad aktyor elə həmin ilin sentyabrında Parisdə dostu və kino ulduzu Jan Pol Belmondonun dəfn mərasimində iştirak edib.

Aysun / Demedia.az