70 yaşlı gəlin bəyin ailəsini şoka saldı



 20:02 28.02.2024     743

70 yaşlı qadına aşiq olub evlilik təklifi edən gənc dünya mediasında səs-küy yaradıb.

Demedia.az xəbər verir ki, yerli mətbuata açıqlamasında gələcək bəy həyat yoldaşına necə aşiq olduğunu da açıqlayıb.

Dünyanın ən çox əhalisi olan ikinci ölkəsinə çevrilən Çində qeyri-adi nikah baş verib. Özündən 48 yaş böyük xanımla ailə quran gələcək bəy əvvəlcə yerli, sonra isə dünya mətbuatında səs-küy yaradıb. Bəy həyat yoldaşı ilə təsadüfən tanış olduğunu, 70 yaşlı qadının yumoru və dünyagörüşündən təsirləndiyini bildirib. Həyat yoldaşını tanıdıqca aralarındakı yaş fərqinə baxmayaraq ona qarşı nəsə hiss etdiyini anlayan bəy, baş verən uğursuz qəzadan sonra yaşlı qadına aşiq olduğunu bildirib.

Yol qəzası keçirdiyini və bu prosesdə həyat yoldaşının ona dəstək olmaq üçün hər gün xəstəxanaya gəldiyini deyən bəy qayğılarını arxada qoyub, xəstəxana otağında sevgisini etiraf edib. 70 yaşlı qadın bu etirafdan sonra məəttəl qalıb, lakin aralarındakı bağa görə 28 yaşlı əri ilə evlənməyə razılaşıb. Aralarındakı yaş fərqinə görə tərəddüd etdiyini bildirən gəlin daha sonra bəyin ailəsi ilə görüşüb.

Bəyin ailəsi bu evliliyi və cütlüyün qərarını dəstəkləyib. Cütlüyün toyu ailə arasında baş tutub və həmin anlar qısa zamanda sosial şəbəkədə on minlərlə insan tərəfindən izlənilib.

Aysun / Demedia.az