Xəstəxanada hadisə: Reanimasiyaya düşə bilmədiyi üçün...



 22:05 28.02.2024     640

Başakşehirdəki dövlət xəstəxanasında səs-küyə səbəb olan vəkil Ferhat Firuzmen polis qrupları tərəfindən saxlanılıb.

Demedia.az xəbər verir ki, vəkilin “O göstərişi verən prokuror mənə zəng etsin, mənə toxuna bilməzsiniz” deyərək onu saxlamaq istəyən polisə müqavimət göstərdiyi bildirilib.

Həbsdə olan vəkil Firuzmən məhkəmə tərəfindən həbs edilib. Başakşehirdəki xəstəxanalardan birinin reanimasiya şöbəsində müalicə alan xəstəni ziyarət etməyə gedən vəkil Ferhat Firuzmen ziyarət saatları olmadığı üçün içəri buraxılmayıb. Bunun üzərinə xəstəxanadan çıxan Firuzmen bir müddət sonra xəstəxanaya qayıdaraq reanimasiyada olan xəstəni ziyarət etmək istəyib.

Qəzəbli Vəkil Ferhat Firuzmen bağlı avtomatik qapını təpikləməyə başladı. Qapını sındıran Firuzməni sakitləşdirə bilməyən əməkdaşlar polisə məlumat veriblər. Xəbər üzərinə hadisə yerinə gələn qruplar Firuzməni saxlamaq istəyib. Bildirilib ki, Firuzmən “O göstərişi verən prokuror mənə zəng etsin, mənə toxuna bilməzsiniz” deyərək polis əməkdaşlarına müqavimət göstərib. Firuzmen polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə göndərilib. Firuzmen məhkəmə tərəfindən həbs edilib. Digər tərəfdən vəkil Firuzmənin qapıya təpik vurması anı xəstəxananın təhlükəsizlik kamerasına əks olunub.

Aysun / Demedia.az