Ərdoğandan mesajı: Buna imkan verməyəcəyik



 18:30 28.02.2024     268

28 fevral 1997-ci il Milli Təhlükəsizlik Şurasının qərarlarından sonra başlayan və “postmodern çevriliş” kimi qələmə verilən prosesin 27-ci ildönümündə Türkiyə Prezidenti Ərdoğan sosial media hesabından paylaşım edib.

Demedia.az xəbər verir ki, “Ərdoğan paylaşımında çevrilişçilərin heç vaxt unudulmadığını bildirib və bu ifadələri işlədib:

“Millətimiz 28 Fevralda dövlətin birliyinə, həmrəyliyinə, demokratiyasına zərbə vuran çevrilişçiləri və onlara dəstək verənləri heç vaxt unutmayıb və unutmayacaq. Ölkəmizdə 28 fevral qaranlıq zehniyyətinin yenidən dirçəlməsinə heç kimə icazə verməyəcəyik”.

Aysun / Demedia.az